Azərbaycan jurnalistləri Səmərqənddə Registan meydanını ziyarət ediblər


Azərbaycan jurnalistləri Özbəkistana mediatur çərçivəsində Səmərqənddəki Registan meydanını ziyarət ediblər.

Şəffaflıq.az xəbər verir ki, jurnalistlər meydanın üç məşhur mədrəsəni - Uluqbəy, Şerdor və Tilla-Karini özündə birləşdirən memarlıq ansamblı ilə tanış olublar.

İştirakçılara kompleksin yaradılma tarixi, onun regionda elm, təhsil və mədəniyyətin inkişafındakı rolu, eləcə də binaların memarlıq xüsusiyyətləri barədə məlumat verilib.

XV əsrdə Mirzə Uluqbəyin hakimiyyəti dövründə inşa edilmiş Uluqbəy mədrəsəsinə xüsusi diqqət yetirilib. Jurnalistlərə burada həyata keçirilən elmi-təhsil fəaliyyəti barədə danışılıb.

Azərbaycan mediasının nümayəndələri həmçinin binaların zəngin şəkildə bəzədilmiş fasadlarına, mozaik pannolara, ornamentlərə və Səmərqəndin orta əsrlər memarlığının səciyyəvi xüsusiyyətlərini qoruyub saxlayan mədrəsələrin daxili həyətlərinə baxış keçiriblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}