Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib


Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, meydan paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Taras Şevçenkonun abidəsinin yerləşdiyi ərazidir.

Qeyd edək ki, abidə 2008-ci ildə açılıb. Mərasimdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ukraynanın o zamankı prezidenti Viktor Yuşenko iştirak edib.

Ukraynalı heykəltaraş İqor Qreçanikin müəllifi olduğu 3,5 metr hündürlüyündəki abidə bürüncdəndir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}