Əsas Səhifə > SİYASƏT > Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib
Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilibBu gün, 15:20 |
|
Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun adı verilib. Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, meydan paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsi ünvanında, Taras Şevçenkonun abidəsinin yerləşdiyi ərazidir. Qeyd edək ki, abidə 2008-ci ildə açılıb. Mərasimdə Azərbaycanın Prezidenti İlham Əliyev və Ukraynanın o zamankı prezidenti Viktor Yuşenko iştirak edib. Ukraynalı heykəltaraş İqor Qreçanikin müəllifi olduğu 3,5 metr hündürlüyündəki abidə bürüncdəndir. Geri qayıt |