Braziliyada avtobus uçuşa hazırlaşan təyyarəyə çırpılıb


GOL aviaşirkətinə məxsus təyyarə San-Paulu Beynəlxalq Hava Limanında avtobusla toqquşduqdan sonra zədələnib.

Şəffaflıq.az-ın FL360aero-ya istinadən verdiyi məlumata görə, perronda manevr edən xidmət avtobusu təyyarənin sol qanadına çırpılıb.

Təyyarə Paraqvaya uçuşa hazırlaşırdı. Toqquşmadan sonra aviaşirkət təyyarəni istismardan çıxarıb və onu başqa hava gəmisi ilə əvəz edib. Nəticədə reys təxminən bir saat gecikib. Hadisə zamanı xəsarət alan olmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}