Moskva aeroportlarında 20-dən çox reys gecikib, 6-sı təxirə salınıb


Moskva hava limanlarında əlverişsiz hava şəraiti səbəbindən 20-dən çox reys gecikib, daha 6 reys təxirə salınıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, Şeremetyevo, Vnukovo və Domodedovo hava limanlarında 21 reys gecikib, 6 reys təxirə salınıb.

Təkcə Vnukovo hava limanında yeddi reys gecikib, dörd reys isə ləğv edilib. Şeremetyevoda da altı reys gecikib. Domodedovoda isə gecikən reyslərin sayı səkkiz olub, iki reys təxirə salınıb.

Xatırladaq ki, ötən gün qar yağdıqdan sonra Moskva hava limanlarında 50 reys ləğv edilib və ya təxirə salınıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}