Pirşağıda batan 16 yaşlı gəncin meyiti tapılıb


Sabunçu rayonu, Pirşağı qəsəbəsində avqustun 6-da ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, meyit FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}