Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Gürcüstan Georgi Zakaraşvilini Azərbaycana səfir təyin edib. Bu barədə Şəffaflıq.az Gürcüstan mediasına istinadən xəbər verir. Azərbaycana təyin edilməzdən əvvəl Zakaraşvili Gürcüstanın Ukraynadakı diplomatik missiyasına rəhbərlik edib və ölkəsinin GUAM-dakı daimi nümayəndəsi olub. Xatırladaq ki, daha əvvəl Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze olub. Hazırda Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədridir.
Xəbəri paylaş
Facebook-da paylaş








