Əsas Səhifə > SİYASƏT > Gürcüstan Azərbaycana yeni səfir təyin edib
Gürcüstan Azərbaycana yeni səfir təyin edibBu gün, 13:56 |
|
Gürcüstan Georgi Zakaraşvilini Azərbaycana səfir təyin edib. Bu barədə Şəffaflıq.az Gürcüstan mediasına istinadən xəbər verir. Azərbaycana təyin edilməzdən əvvəl Zakaraşvili Gürcüstanın Ukraynadakı diplomatik missiyasına rəhbərlik edib və ölkəsinin GUAM-dakı daimi nümayəndəsi olub. Xatırladaq ki, daha əvvəl Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze olub. Hazırda Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədridir. Geri qayıt |