Sudanda qızıl mədəni çöküb, azı 60 nəfər ölüb
Sudanın cənubunda qızıl mədəninin çökməsi nəticəsində azı 60 nəfər ölüb, onlarla mədənçi isə dağıntılar altında qalmış ola bilər. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i Qərbi Kordofan əyalətindəki El-Naxud şəhərinin yaxınlığında yerləşən Əl-Zəraa şaxtasında baş verib. Bildirilib ki, növbəti günün səhərinədək dağıntılar altından ölən 63 nəfərin meyiti çıxarılıb. Şahidlərin sözlərinə görə, ölənlərin və ehtimal edilən sağ qalanların axtarışı üzrə işlər primitiv alətlərdən istifadə edilməklə davam etdirilir, lakin dağıntıların aradan qaldırılması üçün ağır texnika lazımdır.
Xəbəri paylaş
Facebook-da paylaş








