Mingəçevirdə binadakı yanğın zamanı zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb
Ötən gün Mingəçevir şəhərində çoxmənzilli binada baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Mingəçevirdə yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi ilə bağlı sentyabrın 13-də 3 nəfər saat 15:30 radələrində Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2 nəfərə (qadın) həyəcan və stres, 1 nəfərə (kişi) isə sol çiyin nahiyəsinin qapalı travması səbəbilə zəruri tibbi xidmətlər göstərilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Şəffaflıq.az
Facebook-da paylaş








