Əsas Səhifə > Hadisə > Mingəçevirdə binadakı yanğın zamanı zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb
Mingəçevirdə binadakı yanğın zamanı zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıbBu gün, 13:57 |
|
Ötən gün Mingəçevir şəhərində çoxmənzilli binada baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Mingəçevirdə yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi ilə bağlı sentyabrın 13-də 3 nəfər saat 15:30 radələrində Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2 nəfərə (qadın) həyəcan və stres, 1 nəfərə (kişi) isə sol çiyin nahiyəsinin qapalı travması səbəbilə zəruri tibbi xidmətlər göstərilib. Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Şəffaflıq.az Geri qayıt |