Başqırdıstanda ticarət mərkəzində yanğın nəticəsində 3 nəfər ölüb
Başqırdıstanın (Rusiya) Sterlitamak şəhərində "Solneçnıy" ticarət mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Şəffaflıq.az Rusiya mediasına istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində qeydə alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının səbəbi hələlik məlum deyil. Binadan 17 nəfər, o cümlədən bir uşaq təxliyə edilib. Xəsarət alanların ikisi xəstəxanaya yerləşdirilib. Hadisə yerində operativ xidmətlər çalışır. Yanğının söndürülməsi davam edir.
Xəbəri paylaş
Facebook-da paylaş








