Əsas Səhifə > Hadisə > Pirşağıda batan 16 yaşlı gəncin meyiti tapılıb
Pirşağıda batan 16 yaşlı gəncin meyiti tapılıbBu gün, 13:00 |
|
Sabunçu rayonu, Pirşağı qəsəbəsində avqustun 6-da ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Seyidəmirov Asiman Elaqif oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, meyit FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Şəffaflıq.az Geri qayıt |