İki gün əvvəl Buzovnada dənizdə batan qardaşlardan birinin də meyiti tapılıb
Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə avqustun 2-də batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xatırladaq ki, avqustun 2-də Buzovnada ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə bir ailənin üç üzvü batıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








