Cəlilabadda yerə düşən elektrik naqili iribuynuzlu heyvanı tələf edib
Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Privolnoye kəndində baş verib. Kənd sakini Bariz Məhərrəmovun sözlərinə görə, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində ölüb. Zərərçəkən bildirib ki, tələf olan heyvanın bazar dəyəri təxminən 4 min manat təşkil edir.
Xəbəri paylaş
Facebook-da paylaş








