Azərbaycan XİN Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib. "Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. "Bir millət, iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq", - paylaşımda bildirilir.Post
Conversation
Xəbəri paylaş
Facebook-da paylaş