Azərbaycan və Estoniya 9 illik fasilədən sonra Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırır
Azərbaycan-Estoniya ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası 2026-cı ilin noyabrında planlaşdırılır. Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib. "Hökumətlərarası Komissiyanın iclası noyabrda Tallində keçiriləcək, biz dəqiq tarixləri hələ dəqiqləşdiririk", - XİN nümayəndəsi qeyd edib. Xatırladaq ki, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sonuncu iclası 2017-ci il aprelin 7-də Bakı şəhərində keçirilib. Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziridir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








