Azərbaycan və Qazaxıstanın məhkəmə ekspertizası üzrə əməkdaşlığı genişlənir


Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Qazaxıstanın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, imzalanma mərasimi Qazaxıstanın Astana şəhərində məhkəmə ekspertizası sisteminin yaradılmasının 75 illiyinə həsr olunmuş "Məhkəmə ekspertizası ədalət mühakiməsi sistemində: çağırışlar və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində baş tutub.

Bildirilib ki, memorandum iki ölkənin məhkəmə ekspertizası qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, elmi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə, habelə yüksək ixtisaslı ekspert kadrlarının hazırlanmasına xidmət edir.

Əməkdaşlıq çərçivəsində, həmçinin birgə seminar, konfrans və digər elmi tədbirlərin keçirilməsi, elmi və elmi-metodiki işlərin dərc edilməsi, qarşılıqlı məsləhət və praktiki yardımın göstərilməsi, elmi tədqiqatların nəticələrinin məhkəmə ekspertizası təcrübəsində və kadr hazırlığı prosesində tətbiqi nəzərdə tutulur.

"Anlaşma Memorandumunun imzalanması Azərbaycan və Qazaxıstanın məhkəmə ekspertizası qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsinə və birgə elmi-praktiki təşəbbüslərin həyata keçirilməsinə mühüm töhfə verəcək", - məlumatda qeyd olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}