Əsas Səhifə > SİYASƏT > Azərbaycan və Estoniya 9 illik fasilədən sonra Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırır

Azərbaycan və Estoniya 9 illik fasilədən sonra Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırır


Dünən, 16:30


Azərbaycan-Estoniya ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası 2026-cı ilin noyabrında planlaşdırılır.

Bu barədə Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

"Hökumətlərarası Komissiyanın iclası noyabrda Tallində keçiriləcək, biz dəqiq tarixləri hələ dəqiqləşdiririk", - XİN nümayəndəsi qeyd edib.

Xatırladaq ki, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sonuncu iclası 2017-ci il aprelin 7-də Bakı şəhərində keçirilib.

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziridir.

Şəffaflıq.az


Geri qayıt