Sumqayıtda iki avtomobil toqquşub, ölən var


Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az məlumat verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes" və "Kia Sorento" markalı avtomobillər toqquşub.

Toqquşma nəticəsində "Mercedes"in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib.

Qəzada "Kia Sorento"da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif dərəcəli xəsarətlər alıb. O, tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}