Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 396 nəfərə çatıb


Nepalda Çinlə sərhəddə baş verən dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 396 nəfərə çatıb.

Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası Nepal hakimiyyətinə istinadən məlumat yayıb.

Daha əvvəl 1 386 nəfərin öldüyü bildirilib. Məlumata görə, 5 100-dən çox insan hələ də itkin düşüb.

Təbii fəlakət avqustun 16-da səhər Nepalin şimalında qar uçqunu nəticəsində baş verib. Güclü qaya axını çay yatağı boyunca 70 kilometrdən çox məsafəni yüksək sürətlə qət edib, böyük ərazini su basıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}