Xırdalanda quruyan ağacların yerinə yeniləri əkilib
Abşeron rayonu Xırdalan şəhərində quruyan ağaclar götürülərək yerinə yeniləri əkilib. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentlinə müraciət olunub, sözügedən ərazidə ağacların quruma səbəbələrinin araşdırılması və qurumuş ağacların götürülməsi, eyni zamanda yerində yeni tinglərin əkilməsi istiqamətində rəy verilməsi xahiş olunub. Müvafiq qurumların əməkdaşlarının birgə iştirakı ilə əraziyə baxış keçirilib və araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən sözügedən qurumuş ağacların götürülməsi və yeni tinglərinin əkilməsi ilə bağlı müvafiq rəy verilib. Belə ki, Xırdalan şəhərindəki Heydər Əliyev adına Parkda kök üstündə qurumuş 749 ədəd şam ağacının götürülməsi haqda məktub daxil olub. Bu rəyə uyğun olaraq Rayon İcra Hakimiyyəti tərəfindən Park ərazisində mövcud olan qurumuş ağacların mərhələli şəkildə götürülməsi prosesinə başlanılıb. İlkin mərhələdə yaz aylarında 200 ədəd qurumuş ağac götürülüb. Götürülən quru ağacların ünvanları koordinatlar və say olmaqla aidiyyatı qurumların iştirakı ilə qeydiyyata alınıb. Onların yerinə isə hündürlüyü 3-4 metr olmaqla şam ağacı, küknar, zeytun və müxtəlif ağaclar əkilib. Ağac əkimi mövsümü boyunca yeni tinglərin əkilməsi davamlı olaraq həyata keçiriləcək. Qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti mövcud yaşıllıqların qorunmasına həsasslıqla yanaşmaqla bərabər yaşıllıq sahələrinin artırılması istiqamətində də davamlı işlər görür. Belə ki, ötən 2025-2026-ci illər ərzində rayon ərazisində 25.000-ə yaxın ağac və kollar əkilmiş, onlara aqroqulluq təşkil edilib. Şəffaflıq.az
Facebook-da paylaş








