Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 8. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 10. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Facebook-da paylaş








