Cəlilabadda fərdi yaşayış evi tamamilə yanıb


Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Közbulaq kənd sakini Yaqub Yaqubova məxsus birmərtəbəli, 104 kvadratmetrlik evdə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}