Diplomatik korpus Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət edib


Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidəki Mədəniyyət Mərkəzini ziyarət ediblər.

Şəffaflıq.az xəbər verir ki, qonaqlara mərkəzin fəaliyyəti, infrastrukturu və burada keçirilən mədəni tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}