Azərbaycan Qazaxıstanla Orta Dəhlizin rəqabət qabiliyyətini artırmağı müzakirə edib


Azərbaycan ilə Qazaxıstan nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə edib.

Şəffaflıq.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata əsasən, bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüşdə aparılıb.

"Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}