Liviyada PUA neft emalı zavodunda rezervuara çırpılıb
Liviyada pilotsuz uçuş aparatı (PUA) Zaviyədəki neft emalı zavodunda (NEZ) nafta qarışığı olan rezervuara çırpılıb, nəticədə sızma baş verib. Şəffaflıq.az "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə "Zawia Oil Refinery" şirkəti bildirib. Şirkətin məlumatına görə, əməkdaşlar sızmanı lokallaşdıra biliblər. Hadisə nəticəsində yanğın və yaralananlar qeydə alınmayıb. Şirkət NEZ-in ərazisinə yaxın məsafədə hərbi texnikanın olması ilə bağlı təhlükə barədə xəbərdarlıq edib.
Xəbəri paylaş
Facebook-da paylaş








