Maliyyə Nazirliyi I yarımildə 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunub


Bu ilin I yarısında Maliyyə Nazirliyi 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir.

Sənədə əsasən, bu işlərdən 125-i başa çatıb. Nəticədə 60 milyon manat qənaət edilib.

Hesabat dövründə həmçinin nazirlik 23 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub. I yarımildə 2 cinayət işi başa çatıb ki, son nəticədə 1,02 milyon manat bərpa olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}