Əsas Səhifə > MALİYYƏ > Maliyyə Nazirliyi I yarımildə 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunub
Maliyyə Nazirliyi I yarımildə 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunubBu gün, 16:21 |
|
Bu ilin I yarısında Maliyyə Nazirliyi 315 məhkəmə işinə cavabdeh qismində cəlb olunub. Şəffaflıq.az xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu işlərdən 125-i başa çatıb. Nəticədə 60 milyon manat qənaət edilib. Hesabat dövründə həmçinin nazirlik 23 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub. I yarımildə 2 cinayət işi başa çatıb ki, son nəticədə 1,02 milyon manat bərpa olunub. Geri qayıt |