Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edilib
Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir. Qeyd edək ki, baş vermiş yanğınla bağlı polis əməkdaşları əraziyə cəlb olunublar. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








