Ukrayna Sızranda neft emalı zavoduna zərbə endirib


Ukrayna Rusiyanın Samara vilayətindəki Sızran neft emalı zavoduna (NEZ) PUA-larla zərbə endirildiyini bildirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında məlumat verib.

Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq "Telegram" kanallarının məlumatına görə, müəssisə ərazisində silsilə partlayışlar olub.

Sızran neft emalı zavodu "Rosneft" şirkətinin strukturuna daxildir və Samara vilayətinin ən böyük neft emalı müəssisələrindən biridir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}