Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Ukrayna paytaxtı Kiyev şəhərinə və eyniadlı vilayətə Rusiya ordusu tərəfindən yenidən kütləvi hava zərbələri endirilir. Şəffaflıq.az-ın məlumatına görə, avqustun 5-i yerli vaxtla 00:40-da başlayan zərbələr ballistik raketlərdən və reaktiv pilotsuz uçuş aparatlarından təşkil olunub. Hücumlarda paytaxtın Obolon, Qolosiv və Desnyan rayonlarına, o cümlədən Kiyev vilayətinin Brovarı şəhərinə hədəf alınıb. Zərbələr nəticəsində, Kiyev şəhərində və vilayətdə Ukraynanın tanınmış ticarət markaları olan "Episentr" və "Rozetka"ya məxsus üç iri baza dağıdılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








