Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Kiyevə zərbələr endirməyə başlayıb

Rusiya Kiyevə zərbələr endirməyə başlayıb


Dünən, 09:46


Ukrayna paytaxtı Kiyev şəhərinə və eyniadlı vilayətə Rusiya ordusu tərəfindən yenidən kütləvi hava zərbələri endirilir.

Şəffaflıq.az-ın məlumatına görə, avqustun 5-i yerli vaxtla 00:40-da başlayan zərbələr ballistik raketlərdən və reaktiv pilotsuz uçuş aparatlarından təşkil olunub.

Hücumlarda paytaxtın Obolon, Qolosiv və Desnyan rayonlarına, o cümlədən Kiyev vilayətinin Brovarı şəhərinə hədəf alınıb.

Zərbələr nəticəsində, Kiyev şəhərində və vilayətdə Ukraynanın tanınmış ticarət markaları olan "Episentr" və "Rozetka"ya məxsus üç iri baza dağıdılıb.


Geri qayıt