Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb. Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; - Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri - 2003-cü il təvəllüdlü Qafarova Zəhra Əlizamin qızı, 2012-ci il təvəllüdlü Qafarov Samir Seymur oğlu və 2025-ci il təvəllüdlü Məmmədova Məryəm Əmir qızı xəsarət alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş








