Əsas Səhifə > Hadisə > Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var


Bu gün, 10:40


Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə Soltankənd-Zəhmətabad avtomobil yolunda qeydə alınıb.

Belə ki, BMW markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil təxminən 50 metrlik hündürlükdən aşıb. Qəza zamanı avtomobildə olan 4 nəfər; - Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Qafarov Elbrus Fərman oğlu, Sumqayıt şəhər sakinləri - 2003-cü il təvəllüdlü Qafarova Zəhra Əlizamin qızı, 2012-ci il təvəllüdlü Qafarov Samir Seymur oğlu və 2025-ci il təvəllüdlü Məmmədova Məryəm Əmir qızı xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt