Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








