Əsas Səhifə > Hadisə > Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb


Bu gün, 10:52


Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Geri qayıt