Bakıda evdən 10 min manatlıq oğurluq olub
Bakıda evdən 10 min manatlıq oğurluq olub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








