Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında avqustun 6-da xeyli silah-sursat aşkar edilərək götürülüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, 1 avtomat, 1 tapança, 2 qumbara, 3 partlayıcı, 8 tüfəng, 2 patron darağı, 1 mərmi və 333 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Xəbəri paylaş
Facebook-da paylaş








