Ötən gün vətəndaşlardan 7 avtomat, 1 tapança, 30 tüfəng götürülüb


Polis əməkdaşları ötən gün vətəndaşlardan 7 avtomat, 1 tapança, 30 tüfəng təhvil götürüb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat, 1 tapança, 3 ədəd qumbara, 1 alışdırıcı, 30 ədəd müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ədəd tapança, 16 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}