Yunanıstanın Qavdos adasında 48 qanunsuz miqrant xilas edilib
Yunanıstanın Qavdos adasında həyata keçirilən əməliyyat zamanı 48 qanunsuz miqrant xilas edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. "2 nəfər "FRONTEX" gəmisi, 7 nəfər oradan keçən gəmi, daha 39 nəfər isə sahil mühafizə kateri vasitəsilə xilas edilib", - sahil mühafizəsindən bildirilib. Ərazidə olan Sahil Mühafizəsinin bir gəmisi və bir xilasetmə kateri itkin düşənlərin axtarışını davam etdirir.
Xəbəri paylaş
Facebook-da paylaş








