Oğuzda iki avtomobil toqquşub, ölən var
Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub. Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. "Mercedes" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








