Əsas Səhifə > Hadisə > Oğuzda iki avtomobil toqquşub, ölən var

Oğuzda iki avtomobil toqquşub, ölən var


Bu gün, 10:50


Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Geri qayıt