Naxçıvanda şəhid övladları üçün yay düşərgəsi təşkil olunub


Naxçıvan Muxtar Respublikasında (MR) şəhid övladlarının ikigünlük yay düşərgəsi təşkil edilib.

Şəffaflıq.az-ın məlumatına görə, düşərgə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Şəhid övladlarının intellektual inkişaf proqramı" layihəsi çərçivəsində keçirilir.

Düşərgədə iştirak edən şəhid övladları və şəhid xanımları yola düşməzdən əvvəl Zəfər parkını ziyarət ediblər. Daha sonra onlar Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yay düşərgəsində iştirak etmək üçün yola salınıblar.

Layihə çərçivəsində düşərgə iştirakçıları üçün intellektual, maarifləndirici, idman və əyləncə proqramlarının təşkili nəzərdə tutulur. Yay düşərgəsinin əsas məqsədi şəhid övladlarının bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların asudə vaxtını səmərəli təşkil etmək və sosial ünsiyyət bacarıqlarını gücləndirməkdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}