Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub


Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.

Şəffaflılq.az-ın məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}