Əsas Səhifə > Hadisə > Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub
Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulubDünən, 11:34 |
|
Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb. Şəffaflılq.az-ın məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |