Yunanıstanda mer yanğına görə saxlanılıb
Yunanıstanın Paros adasında sanitariya tullantılarının basdırılması poliqonunda baş verən yanğının yaranma səbəblərinin araşdırılması ilə əlaqədar dörd nəfər saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb. Saxlanılanlar adanın meri, merin abadlıq işləri üzrə müavini, Tullantıların İdarə Olunması İdarəsinin podratçısı və zibil maşınının sürücüsüdür. Onlara ümumilikdə 8 min avrodan çox məbləğdə inzibati cərimə tətbiq edilib. Növbəti araşdırmalar üçün onlar prokurorluğa aparılacaqlar. Bu arada, Yunanıstan ərazisində yanğınlar tüğyan edir və Krit adası da daxil olmaqla, bir sıra regionlarda "qırmızı" təhlükə səviyyəsi elan edilib. Güclü külək yanğının söndürülməsini əhəmiyyətli dərəcədə çətinləşdirərək, onun sürətlə yayılmasına və davamlı olaraq yenidən alovlanmasına şərait yaradır.
Facebook-da paylaş








