Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır
Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında növbəti görüşlər baş tutacaq. Şəffaflıq.az-ın məlumatına görə, bu gün Azərbaycanın 4 qadın güləşçisi mübarizəyə start verəcək. 1/8 final 43 kq Valia Harsan (Rumıniya) - Vəfa Orucova 49 kq Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya) Təsnifat mərhələsi 57 kq Qaratel Quliyeva - Delya Qisler (İsveçrə) 65 kq Rəna Nuriyeva - Silviya Espinoza Muniz (Meksika) Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Xəbəri paylaş
Facebook-da paylaş








