Əsas Səhifə > İdman > Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır


Bu gün, 10:55


Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında növbəti görüşlər baş tutacaq.

Şəffaflıq.az-ın məlumatına görə, bu gün Azərbaycanın 4 qadın güləşçisi mübarizəyə start verəcək.

1/8 final

43 kq

Valia Harsan (Rumıniya) - Vəfa Orucova

49 kq

Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya)

Təsnifat mərhələsi

57 kq

Qaratel Quliyeva - Delya Qisler (İsveçrə)

65 kq

Rəna Nuriyeva - Silviya Espinoza Muniz (Meksika)

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.


Geri qayıt