Lionel Messinin "Asturiya Şahzadəsi" mükafatından məhrum edilməsi tələb olunub
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin idman sahəsindəki nailiyyətlərinə görə layiq görüldüyü "Asturiya Şahzadəsi" mükafatından məhrum edilməsi tələb olunub. Şəffaflıq.az "Diario De Navarra"ya istinadən xəbər verir ki, "Change.org" platformasının istifadəçiləri bununla bağlı "Asturiya Şahzadəsi Fondu"na 30 petisiya ünvanlayıblar. Müraciət müəlliflərinin fikrincə, 38 yaşlı futbolçu DÇ-2026-nın İspaniya ilə final matçında (0:1) və mükafatlandırma mərasimində idman etikasına zidd davranıb. Petisiyalarda Argentina yığmasının kapitanı kimi hücumçunun hörmət və ədalətli oyun prinsiplərinə riayət etməli olduğu diqqətə çatdırılıb. Mükafatın geri alınmasının bu titula olan inamı bərpa edəcəyi vurğulanıb. Həmçinin qarşılaşmadan sonra baş verən insidentlə bağlı FİFA tərəfindən intizam araşdırmasına başlanılıb. Qeyd edək ki, L.Messi 12 ölkədən olan 27 namizədi üstələyərək 2026-cı ildə idman sahəsində "Asturiya Şahzadəsi" beynəlxalq mükafatına layiq görülüb. Təcrübəli futbolçu karyerası ərzində 8 dəfə "Qızıl top"un, "Barselona"nın heyətində 10 dəfə İspaniya çempionatının, 4 dəfə UEFA Çempionlar Liqasının, PSJ ilə 2 dəfə Fransa çempionatının qalibi olub. O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionatının, 2008-ci ildə isə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.
Facebook-da paylaş








